"Rusiyada bir qrup adam var ki, onlar..." Bu bir neçə sözlük iqtibas cəmi bir gün öncə məndən məlum hadisələrə bağlı açıqlama alan və israrla, peşə etikasına yaraşmayan bir tərzdə konkret şəxs və ya şəxslərin adını çəkməyimi istəyən media resursundakı "şərhlər"in leytmotivini təşkil edir. Maraqlıdır, bir zamanlar Soros Fondu, MDF və bu kimi geosiyasi təzyiq alətlərinin, cəsus şəbəkəsi qurucularının ətəyində "namaz qılan" devşirmələri Azərbaycan cəmiyyətinə sırıyan klassik kluar intriqaçıları onları indi kimdən və nədən qoruyurlar?
Bu barədə millət vəkili Elçin Mirzəbəyli açıqlama verib. O, deyib:
"Son günlər siyasi kluarları cismən tərk edən canişin köməkçilərinin BOZ kölgələri də açıq-aşkar görünməkdədir. "Kölgələr günorta yox olur" deyirlər. Günü ortaya gətirməyin vaxtıdır! Son günlərin mənim üçün media və sosial mediada nəzərə çarpan mənzərəsi isə belədir: Azərbaycanda da bir qrup adam var ki, milli düşüncələri, mövqeləri bir yana, heç xarakterləri də yoxdur. Nə mili, nə də "mil"siz. "Müdrik"cəsinə susurlar.
Doğrudur, Rusiyada dairə və ya dairələr var, amma ərazi anlamında... Siyasi mənada isə nə dairə var, nə çevrə, nə də qrup. Mərkəzdən "fit" çalınmayana qədər nə "dairə", dairəsindən, nə "çevrə" çevrəsindən çıxır, nə də "qrup" qruplaşır.
Tarixə geri dönüş etməyəcəm. Rusiyanın Azərbaycana və azərbaycanlılara etdiklərinin özü belə ayrılıqda tarixdir. Cild-cild kitablara sığmaz. Amma Azərbaycan heç vaxt Rusiyaya qarşı iki ölkə arasındakı münasibətlərə kölgə sala biləcək addım atmayıb. Soyuq küləklər hər zaman birtərəfli əsib - şimaldan.
Bu baxımdan, biz hər zaman olduğu kimi yenə də haqlı tərəfik.
Qorxmayın, XXI əsr milli dövlətlərindir. İmperiya süuru son çöküş mərhələsini yaşayır. Hazırda şahidlik etdiyimiz isə reflektiv çırpıntılardır".
AzNews.az