Bir ailənin 18 üzvü güllələndi

5 Sentyabr 2013 07:17 (UTC+04:00)
İraqda silahlılar bir şiə ailəsindən 18 nəfəri güllələyib. APA-nın RBK-yə istinadən verdiyi məlumata görə, bu barədə "Euronews"un yaydığı məlumatda bildirilir.

Yerli polisdən bildiriblər ki, Bağdaddan 40 km cənubda yerləşən Lətifiya şəhərində naməlum silahlı şəxslər qonşuluqda olan iki evə girib. Onlar yuxuda olan sakinləri güllələyib, sonra isə evləri partladıb.

Ölənlər arasında 5 qadın və 6 uşaq var.

AzNews.az