İran prezidenti Məsud Pezeşkian İslam Respublikasının Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığını dayandıran fərman verib.
Tasnim bu barədə məlumat yayıb.
"MAQATE ilə əməkdaşlığın dayandırılması haqqında qanun rəsmən dərc olunub. Pezeşkian Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlığın dayandırılması haqqında qanunun qüvvəyə mindiyini elan edib", - deyə məlumatda bildirilir.
Eyni zamanda, İran məhkəmə sistemi rəhbərinin müavini MAQATE rəhbəri Rafael Qrossinin qiyabi mühakimə olunmasının mümkünlüyünə münasibət bildirib. Onun sözlərinə görə, “bu məsələ beynəlxalq məsələlərlə bağlıdır və ona müvafiq kanallar vasitəsilə baxılmalıdır”.
Mövsüm
Aznews.az