Danimarka qadınları orduya çağırmaq qərarına gəlib

2 İyul 2025 13:06 (UTC+04:00)

Danimarkada qadınları kişilərlə bərabər əsaslarla orduya çağıran qanun qüvvəyə minib.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

“Danimarka parlamentinin 2023-cü ilin iyununda qəbul etdiyi qanuna əsasən, Danimarka 2025-ci il iyulun 1-dən sonra 18 yaşı tamam olan qadınlardan kişilər üçün artıq tətbiq edilmiş tədbirlərə uyğun olaraq, potensial hərbi xidmətə çağırış üçün hazırlığın qiymətləndirilməsi günlərində qeydiyyatdan keçmələrini tələb edəcək”, - deyə məlumatda bildirilir.

Bunun ölkənin daha çox əsgər cəlb etməsi və Avropada artan təhlükəsizlik narahatlıqları fonunda müdafiəsini gücləndirməsi üçün edildiyi vurğulanır. Bundan əvvəl qadınların könüllü olaraq orduya getməsinə icazə verilirdi. Beləliklə, 2024-cü ildə bütün işə qəbul edilənlərin 24%-i qadınlar olub.

Mövsüm

Aznews.az