Litva 2027-ci ilə qədər könüllü qüvvələr üçün dörd düşərgə tikəcək

2 İyul 2025 13:29 (UTC+04:00)

Litva Müdafiə Nazirliyi, Milli Müdafiə Könüllü Qüvvələri (NDVF) üçün Vilnüs, Ukmerge, Pasvalis və Kelmədə dörd yeni rota düşərgəsi inşa etməyi planlaşdırır.

Bu barədə nazirliyin saytında məlumat verilib.

Tikintinin birinci mərhələsinin 2027-ci ilin əvvəlində tamamlanması nəzərdə tutulur. Komplekslərə qərargah, kazarma, inzibati və anbar binaları, soyunma otaqları, idman və asudə zonaları, avtodayanacaqlar və iş yerləri daxil olacaq.

Vilnüsdə əlavə olaraq atıcılıq poliqonu, sanitar korpus, qaraj və texnikanın saxlanması üçün meydançalar da tikiləcək. Paytaxtda tikinti işlərinin ilkin dəyəri təxminən 3,6 milyon avro təşkil edir. Bu işlər üçün tenderin 2025-ci ilin üçüncü rübündə elan olunması planlaşdırılır. 2026-cı ilin ortalarına qədər Ukmerge, Pasvalis və Kelmə üçün layihələrin hazırlanması nəzərdə tutulur.

Mövsüm

Aznews.az