Cəbhə bölgəsində gərginlik davam edir

5 Sentyabr 2013 07:33 (UTC+04:00)
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx və Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az