Ersin Tatar: Hər zaman Azərbaycan Prezidentinin dəstəyini hiss etmişik

2 İyul 2025 17:22 (UTC+04:00)

“Bu gün Azərbaycanda sizlərlə birlikdə bu mərasimdə iştirak etmək mənim üçün böyük qürurdur. Məni bu yüksək şərəfə layiq gördüyünüz üçün təşəkkür edirəm. Bu, mənim üçün tarixi bir andır”.

Bunu AzTU-da çıxışı zamanı Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar deyib.

O bildirib ki, son illərdə Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi və Qarabağ zəfərindən sonra onlar hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyini hiss ediblər.

"Bizim dost ölkələrimiz arasında bəzən tərəddüdlər müşahidə etmişik. Amma cənab İlham Əliyev hər zaman Türkiyə ilə birlikdə Şimali Kiprə qətiyyətli dəstəyini göstərib. Biz bir millət, üç dövlətik", - Ersin Tatar əlavə edib.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən tədbirlər bu birliyi daha da möhkəmləndirir:

“Qarabağda keçiriləcək tədbirdə iştirak edəcəyəm. Bir daha Can Azərbaycana və xalqına təşəkkür edirəm”.

Qeyd edək ki, Azərbaycana səfəri çərçivəsində Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatara Azərbaycan Texniki Universitetinin Fəxri Doktor diplomu təqdim edilib.