Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb

2 İyul 2025 21:03 (UTC+04:00)

Yekaterinburqun Leninski Rayon məhkəməsi iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının xüsusi amansızlıqla keçirdiyi əməliyyat nəticəsində saxlanılan Əzizov Abbas Azay oğlu barəsində qərar çıxarıb.

Aznews.az xəbər verir ki, məhkəmə Əzizov Abbas barəsində ittiham tərəfinin şikayəti əsasında iyulun 19-dək həbs qətimkan tədbiri seçib.

Beləliklə, Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb.