Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb

2 İyul 2025 22:12 (UTC+04:00)

Yekaterinburqun Leninski Rayon məhkəməsi iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının xüsusi amansızlıqla keçirdiyi əməliyyat nəticəsində saxlanılan Əzizov Abbas Azay oğlu barəsində qərar çıxarıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, məhkəmə Əzizov Abbas barəsində ittiham tərəfinin şikayəti əsasında iyulun 19-dək həbs qətimkan tədbiri seçib.

Beləliklə, Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb.

Qeyd edək ki, Rusiya hüquq mühafizə orqanlarının iyunun 27-də keçirdiyi əməliyyat zamanı saxlanılan Əziz Abbasova da işgəncə verilib.

O, aldığı xəsarətlərdən daha sonra xəstəxanaya yerləşdirilib.

AzNews.az