İran Avropa ilə danışıqları mənasız hesab edib

3 İyul 2025 11:25 (UTC+04:00)

İran Avropa ölkələri ilə danışıqları mənasız hesab edir.

Bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Əgər Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə komissiyanın koordinatoru (Aİ diplomatiyasının rəhbəri Kaya Kallas nəzərdə tutulur) gələcəkdəki hər hansı danışıqların məqsədinin "İranın nüvə proqramının dayandırılması" olduğuna əmindirsə, o zaman Avropa İttifaqı və Böyük Britaniyanın gələcək danışıqlarda iştirakı bütün aktuallığını itirir və mənasız olur", - A.Əraqçi qeyd edib.

O, bu sözlərlə K.Kallasın İranın nüvə proqramının "dayandırılması" ilə bağlı danışıqların mümkün qədər tez bərpa edilməsi zərurəti barədə açıqlamalarına reaksiya verib:

"Kallasın bəyanatlarından belə çıxır ki, onun üçün artıq nə Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin bir sıra müddəaları, nə də nüvə sazişinin özü və onunla bağlı BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi əhəmiyyət kəsb edir".