Avropa NATO ölkələri ABŞ qoşunlarının bir hissəsinin bölgədən çıxarılması ehtimalı ilə bağlı hazırlıqlara başlayıb.
Bu barədə "Euractiv" portalı alyansdakı diplomatik mənbələrə istinadən məlumat yayıb .
“Bu ölkələrdən bəziləri (Şərqi Avropa – Red.) Amerikanın əhəmiyyətli dərəcədə daha kiçik rol oynaması ehtimalına hazırlaşmağa başlamaq üçün NATO-nu öz müdafiə planlarına yenidən baxılması ilə bağlı danışıqlara başlamağa özəl olaraq çağırıb”, – nəşr yazır.
Həmçinin bildirək ki, bu gün Avropadakı Amerika kontingenti 80 minə yaxın hərbçidir.
Mövsüm
Aznews.az