Xankəndidəki Zəfər Tağının hündürlüyü 44 metr olacaq

3 İyul 2025 14:39 (UTC+04:00)

Xankəndidə tikilməkdə olan Zəfər parkında Zəfər Tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq 44 metr olacaq.

Tağın üst hissəsində ziyarətçilər üçün şəhərə baxış meydançası yaradılır.

Parkın mərkəzindəki meydançadan Zəfər Tağına qədər 44 rəmzi pilləkən də nəzərdə tutulub.

Bu pilləkənlərdə Vətən müharibəsinin hər günü üzrə azad olunmuş yaşayış məntəqələrinə dair məlumatlar əks etdiriləcək.