Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

3 İyul 2025 16:14 (UTC+04:00)

Bakının Sulutəpə qəsəbəsində iki evdən ümumilikdə 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, əməli törətməkdə şüphəli bilinən 48 yaşlı Ramil Əsgərov da saxlanılaraq istintaqa təqdim edilib.

Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

AzNews.az