Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib

3 İyul 2025 16:15 (UTC+04:00)

Azərbaycan karateçisi İlkin Abaslı 24 aylıq diskvalifikasiya edilib.

AzNews.az AMADA-ya istinadən xəbər verir ki, idmançının cəzalanmasına qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi səbəb olub.

Sanksiya qərarı bu il mayın 29-dan qüvvəyə minib. Cəzanın müddəti 2027-ci il mayın 29-da bitəcək.

AzNews.az