Danimarka Macarıstana təzyiqi artıracaq

3 İyul 2025 16:40 (UTC+04:00)

Danimarka Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edən kimi Macarıstana təzyiqləri artıracaq.

Bu barədə Danimarkanın Avropa məsələləri üzrə naziri Mari Bjerreyə istinadən Politico nəşri məlumat yayıb .

Məqalədə deyilir: “Danimarka Avropanın Macarıstana qarşı tam qanuni arsenalından blokun əsas hüquqlarını pozduğuna görə, o cümlədən Budapeştə qarşı qondarma nüvə variantından istifadə etmək istəyir”, - məqalədə deyilir.

Nazirin sözlərinə görə, Danimarka üçün problemlərdən biri Macarıstanın Aİ-nin genişlənməsinə mane olması olub. O, Macarıstanın Ukraynanın üzvlüyünə “davam edən blokadasına” diqqət çəkib .

Mövsüm

Aznews.az