Fransada hava nəqliyyatı dispetçerlərinin tətilinin ilk günündə ölkədə ciddi aviasiya xaosu yaranıb.
Bu barədə Fransa Mülki Aviasiya İdarəsi məlumat yayıb. Bildirilib ki, təkcə bir gün ərzində 933 uçuş ləğv olunub.
Etiraz aksiyasında 272 dispetçer iştirak edir. Tətil səbəbindən daxili və beynəlxalq reyslərdə ciddi ləngimələr və pozuntular müşahidə olunur.
Avropanın əsas hava yolları assosiasiyası olan “Airlines for Europe” (A4E) bu tətilin təxminən 300 min sərnişinə təsir edəcəyini proqnozlaşdıraraq vəziyyəti “dözülməz” adlandırıb.
Tətilin nə qədər davam edəcəyi və müvafiq tədbirlərin görülüb-görülməyəcəyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.