Seyran Ohanyan deputat toxunulmazlığından məhrum edilir

4 İyul 2025 10:33 (UTC+04:00)

Ermənistanın Baş prokuroru sabiq müdafiə naziri Seyran Ohanyanın deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı parlamentə vəsatət təqdim edib.

AzNews.az Ermənistan mediasına istinadən xəbər verir ki, müxalifət etiraz olaraq zalı tərk edib.

Qeyd edək ki, "Hayastan" fraksiyasının rəhbərinə qarşı qaldırılmış cinayət işi 2010-2015-ci illərdə Geqarkunik vilayətinin Draxtik icmasında 10,5 min kvadratmetr ərazinin qanunsuz mənimsənilməsinə aiddir. Ohanyan bu ərazini müdafiə naziri kimi mənimsəməkdə və büdcə hesabına malikanə tikməkdə ittiham olunur. Fraksiya katibi Artsvik Minasyan da bu işdə iştirak edir, onun barəsində vəsatət daha sonra veriləcək.