Deputatdan yeni təklif

4 İyul 2025 12:25 (UTC+04:00)

Azərbaycanda dövlət qurumlarının sərəncamındakı vəsaitlərlə bağlı vahid yanaşma tətbiq edilməlidir.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən növbəti iclasında bildirib.

"Həmin vəsaitlərin xərclənməsi ilə bağlı müxtəlif dövlət qurumlarında fərqli yanaşmalar - fərqli faizlər tətbiq olunur. Bu faizlərin müəyyən edilməsində hansısa meyar varmı? Yaxşı olardı ki, vahid yanaşma tətbiq edilsin, vahid- fiks faizdən istifadə olunsun", - deyə o qeyd edib.

AzNews.az