208 nəfər Kəlbəcər sakini itkin düşmüş kimi qeydiyyata alınıb

4 İyul 2025 12:28 (UTC+04:00)

Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə ermənilərin daimi atəş altında saxladıqları Kəlbəcər rayonuna edilən hücumlar zamanı insan itkiləri qeydə alınıb.

Bu barədə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsindən bildirilib.

Bildirilib ki, itkin düşmə faktlarının çoxu 1993-cü il aprelin 2-də Kəlbəcərin işğalı zamanı qeydə alınıb.

Qeyd edək ki, Kəlbəcər işğaldan azad olunduqdan sonra həmin şəxslərdən 6-sının taleyinə aydınlıq gıtirilib. Onlardan 5-i hərbçi, 1-i isə mülki şəxsdir.

AzNews.az