“Xankəndi beynəlxalq əməkdaşlığın mərkəzinə çevrilib” - Fariz Əhmədov

4 İyul 2025 13:27 (UTC+04:00)

Bu gün - 4 iyul 2025-ci il tarixində Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Görüşü ilə bağlı Qarabağ Universitetinin prorektoru Fariz Əhmədov açıqlama verib.

O bildirib ki, Prezident İlham Əliyevin ev sahibliyi ilə baş tutan bu beynəlxalq tədbir Azərbaycanın suverenliyinin təntənəsi və diplomatik uğurlarının parlaq göstəricisidir:

“Bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü keçirilir. Cənab Prezident İlham Əliyev dost və qardaş ölkələrin liderlərini mədəniyyətimizin beşiyində, azad və suveren torpağımızda qarşılayır. Bu əlamətdar hadisəyə şəhərin sakinləri olaraq birbaşa şahidlik etmək, bu tarixi sevinc və qüruru yaşamaq bizim üçün unudulmazdır.”

Fariz Əhmədovun sözlərinə görə, Xankəndinin bu cür mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın regiondakı mövqeyini daha da gücləndirir:

“Xankəndi bu gün yalnız regionun deyil, həm də beynəlxalq əməkdaşlığın mərkəzinə çevrilir. Azərbaycanın mövqeyi, diplomatik nüfuzu və regional liderliyi bir daha bütün dünyaya nümayiş etdirilir.”

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü ilk dəfə olaraq işğaldan azad edilmiş ərazidə – Xankəndidə keçirilir və bu hadisə həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır.

AzNews.az