Karapetyanın həbsi təsdiqləndi

4 İyul 2025 17:03 (UTC+04:00)

Ermənistan Apellyasiya Məhkəməsi Samvel Karapetyanı həbsdə saxlayıb.

Bu barədə Sputnik Ermənistan məhkəmə departamentinin mətbuat katibi Liana Rafaelyana istinadən məlumat yayıb .

Onun sözlərinə görə, məhkəmə “Taşir” şirkətlər qrupunun rəhbəri barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı birinci instansiyanın qərarını qüvvədə saxlayıb.

Mövsüm,

AzNews.az