İzmirin keçmiş bələdiyyə sədri həbs edilib

4 İyul 2025 20:52 (UTC+04:00)

İzmir Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Tunç Soyer həbs edilib.

Aznews.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olan T.Soyer İzmir Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində həbs olunub.

Qeyd edilib ki, iyulun 1-dən bəri bu işlə əlaqədar həbs olunanların sayı 139-a çatıb.

Aznews.az