Daha bir aparıcı İTV-dən uzaqlaşdırıldı; Bölgə müxbirləri işdən qovuldu

5 Sentyabr 2013 09:49 (UTC+04:00)
İTV-də köhnə kadrların işdən azad edilməsi prosesi davam edir.

Bu dəfə telekanaldan uzaqlaşdırılan Analitik proqramlar departamentinin direktor müavini, aparici Telman Məmmədov olub.

Bu barədə əmri İTV-nin direktoru Cəmil Quliyev imzalayıb.

AzNews.az-a daxil olan başqa bir məlumata görə isə, İTV-nin Şəki və Lənkəran üzrə bölgə müxbirləri də işdən azad edilib.

Azər
AzNews.az