ABŞ Prezidenti Donald Tramp sahibkar Elon Maskın son davranışlarını sərt şəkildə tənqid edib.
Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında paylaşım edib.
"Son beş həftə ərzində Elon Maskın tamamilə ağlını itirərək bir fəlakətə çevrildiyini izləmək məni kədərləndirir", - Tramp vurğulayıb.
ABŞ liderinin bu paylaşımı Maskın yeni siyasi partiya yaratmaq planlarına cavab olaraq edilib.
Tramp bu ideyanı əsassız hesab edir:
"O, üçüncü bir siyasi partiya qurmaq istəyir, baxmayaraq ki, ABŞ-da belə təşəbbüslər heç vaxt uğur qazanmayıb. Görünür, bu ölkənin siyasi sistemi buna imkan vermir", – deyə Tramp qeyd edib.
Prezident əlavə edib ki, belə cəhdlər yalnız qarışıqlıq və xaos yaradır.
APA