Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və onun tabeliyindəki MİDA MMC 2024-2025-ci illər üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün kotirovka sorğuları elan edib.
Sorğularda iştirak haqqı 131 manatdır.
İddiaçılar təkliflərini iyulun 18-nə qədər MİDA-nın yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanına təqdim edə bilərlər.
Təkliflərə iyulun 18-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
AzNews.az