Qobustanda qayınata gəlinini öldürüb, arvadına xəsarət yetirib

7 İyul 2025 13:55 (UTC+04:00)

Qobustanda qayınata gəlinini öldürüb, arvadına xəsarət yetirib.

İyulun 6-da rayonun Təklə kəndində 69 yaşlı Orucağa Ağayev 24 yaşlı gəlinini qətlə yetirib.

O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

TƏBİB bildirib ki, dünən saat 18:20 radələrində 1959-cu il təvəllüdlü şəxs (qadın cinsli) başın açıq yarası və əlin kəsilmiş yaraları ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib.

Xəstəyə ilkin tibbi yardım göstərilib, instrumental və diaqnostik müayinələr aparılıb.

Qeyd olunub ki, hazırda onun müalicəsi cərrahiyyə şöbəsində davam edir, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

APA