"Azvirt"-in rəhbəri üçün xüsusi işıqfor? – Şirkətdən cavab

7 İyul 2025 14:00 (UTC+04:00)

Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında “Azvirt” MMC-nin rəhbəri Kamil Əliyevin göstərişi ilə Bakıxanov qəsəbəsində şirkət binasının qarşısına xüsusi işıqfor quraşdırıldığı iddia olunub. Bildirilir ki, bu işıqfor daim yaşıl yansa da, şirkətdən çıxış zamanı içəridən idarə olunaraq əsas yolda hərəkəti dayandırır.

Məsələ ilə bağlı “Bizim.Media”ya danışan “Azvirt”in mətbuat müşaviri Ceyhun Səfərov yayılan məlumatları təkzib edib. O bildirib ki, həmin işıqfor piyada keçidi üçün nəzərdə tutulub və dövlət qurumu tərəfindən quraşdırılıb:

“Bizim belə səlahiyyətimiz yoxdur. O işıqfor piyadalar üçündür. Sadəcə bizim girişin qarşısına düşüb”.

MƏNBƏ: Bizim.Media
LİNK:
https://bizim.media/az/cemiyyet/258576/