Real Partiyasının sədri Natiq Cəfərli atasının səhhətində yaranmış ağır problemlə bağlı ictimaiyyətə müraciət edib.
AzNews.az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən siyasətçi dostlarının və tərəfdarlarının göstərdiyi diqqətə görə təşəkkürünü ifadə etsə də, yaranmış vəziyyətlə əlaqədar olaraq telefon zənglərinə və mesajlara cavab verməyə fiziki və emosional imkanının olmadığını bildirib:
“Dostlar, narahatçılığınızı anlayıram, yüzlərlə zəng-mesaj yazırsız, təşəkkür edirəm, amma cavab verməyə halım yoxdur, atam komadadır, biz ancaq dua edirik indi…”
Qeyd edək ki, Natiq Cəfərli atasının hansı xəstəlik səbəbilə komaya düşdüyü ilə bağlı əlavə açıqlama verməyib. Real Partiyasının üzvləri və siyasətçinin dostları sosial şəbəkələrdə dəstəklərini ifadə edir, ailəyə səbir və şəfa diləkləri ünvanlayırlar.
AzNews.az