İyulun 22-si və 29-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərraclar keçirəcək.
Bu barədə ƏMDX məlumat yayıb.
Hərraclara 74 nəqliyyat vasitəsi çıxarılacaq. O cümlədən, iyulun 22-də keçiriləcək hərraca 14 lot üzrə 62 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1987-2012-ci illəri əhatə edir. İyulun 29-da keçiriləcək hərraca isə 12 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 2013-2014-cü illəri əhatə edir.
Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq mümkündür.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.
AzNews.az