Ötən il Azərbaycanda vərəmə 1 103 yoluxma qeydə alınıb, 219 nəfər isə dünyasını dəyişib.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2024-cü ildə vərəmə yoluxanlardan 725-i kişi, 378-i qadın olub. Ölənlərdən isə 175-i kişi, 44-ü qadındır.
Bundan əlavə, 2025-ci ilin yanvar - may aylarında 972 nəfər vərəmə yoluxub. Onlardan 658-i kişi, 314-ü qadındır. Məlumata əsasən, 90 nəfəri 17 yaşadək, 882 nəfəri isə 18 yaş və daha yuxarı şəxslərdir.
AzNews.az