Fransanın keçmiş baş naziri: ABŞ Ukrayna məsələlərini həll etmək istəmir

7 İyul 2025 16:43 (UTC+04:00)

Amerika lideri Donald Tramp eqoist davranır və yalnız qısamüddətli faydalar haqqında düşünür, ona görə də ABŞ üçün Yaxın Şərq və Ukraynada sülh məsələləri indi arxa plana keçib.

Bunu Fransanın keçmiş baş naziri Dominik de Vilpen LCI kanalında deyib .

Onun sözlərinə görə, Tramp "hər şeyə icazə verildiyinə" inanır və dünyaya resursların ovlanması kimi baxır.

"Resurslar getdikcə azalır və Amerika qalan resursları öz üzərinə götürmək istəyir. Tramp sərt davranır. O, asanlıqla gücdən istifadə edir və gücü ilə başqalarına təzyiq göstərir. Biz bunu gömrük rüsumları ilə bağlı vəziyyətdə görürük", - Fransanın keçmiş baş naziri qeyd edib.

Mövsüm

Aznews.az