Norveç Rusiyanın iki şirkətinə qarşı sanksiyalar tətbiq edib

8 İyul 2025 13:11 (UTC+04:00)

Norveç hökuməti Rusiyanın “Norebo” və “Murman SeaFood” şirkətlərinə qarşı sanksiyaların tezliklə tətbiq olunacağını açıqlayıb.

Hər iki şirkət əvvəllər Avropa İttifaqının (Aİ) sanksiya siyahısına daxil edilib.

Bu barədə Norveç hökumətinin rəsmi saytında yayılan məlumatda deyilir .

Ölkənin hakimiyyət orqanları Aİ-nin mayın 20-də tətbiq etdiyi sanksiyaları dəstəkləmək qərarının “milli maraqları və təhlükəsizliyi qorumaq məqsədi ilə”, həmçinin Rusiyanın hibrid adlanan fəaliyyətinə cavab olaraq qəbul edildiyini izah ediblər.

Bildirilib ki, Aİ-nin məlumatına görə, Norebo və Murman Seafood şirkətləri “Norveç və müttəfiq ölkələrin dəniz ərazilərində sualtı infrastruktur”la bağlı “müşahidə və kəşfiyyat” fəaliyyətlərində iştirak edirlər.

Mövsüm,

AzNews.az