Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib

8 İyul 2025 17:11 (UTC+04:00)

Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib.

Aznews.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla aşağıdakı əməkdaşlara diplomatik rütbələr verilib:

birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Məmmədov İlham Nəriman oğlu (Azərbaycanın Əfqanıstandakı səfiri)

Mərdəliyev Seymur Qurban oğlu (Azərbaycanın Ukraynadakı səfiri)

ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Məmmədov Raman Ağamalı oğlu

Səfərova Nərgiz Abbasqulu qızı

Xatırladaq ki, iyulun 9-u Azərbaycan diplomatlarının peşə bayramıdır. Bu il diplomatik xidmətin yaradılmasından 106 il ötür

AzNews.az