Ermənistan parlamenti deputatın toxunulmazlığını ləğv edib

8 İyul 2025 17:36 (UTC+04:00)

Ermənistan parlamenti müxalifətçi “Ermənistan” fraksiyasının deputatı Artur Sarkisyanın deputat toxunulmazlığından məhrum edilməsinə səs verib.

Bu barədə “Sputnik Ermənistan” nəşri məlumat yayıb.

"Baş prokurorun vəsatətinin lehinə 62 deputat səs verdi, əleyhinə səs verilməyib. Müxalifət səsvermədə iştirak etməyib", - nəşrin Telegram kanalında aydınlıq gətirilib.

Sarkisyanın əvvəllər arxiyepiskop Baqrat Qalstanyanın həbs olunduğu “hakimiyyəti zorla ələ keçirməyə cəhd və terror aktı hazırlamaq” işi çərçivəsində cinayət təqibinə məruz qalacağı bildirilir.

Mövsüm,

AzNews.az