ABŞ-də silahlı hücum: 3 ölü, 12 yaralı

8 İyul 2025 17:47 (UTC+04:00)

ABŞ-nin Filadelfiya şəhərinin Qreys Ferry məhəlləsi ötən gecə dəhşətli hücuma səhnə olub.

Bir qrup gənc küçənin ortasında söhbət edərkən, başqa bir qrup yaxınlaşaraq gənclərə atəş açıb.

Təhlükəsizlik kamerasına əks olunan görüntülərdə təcavüzkarların ətrafa nəzarətsiz şəkildə atəş açdıqları görünür.

Hücuma məruz qalan gənclər də eyni şəkildə şübhəlilərə atəş açaraq cavab veriblər.

Hücumdan sonra ətrafdakı evlər və maşınlar güllələrə tuş gəlib, insanlar canlarını qurtarmağa çalışıblar.

Hadisə yerinə yaxın olan polis qrupları silah səslərini eşidən kimi müdaxilə edib.

Yaşları 15-24 arasında olan 12 nəfər güllələrin hədəfi olub.

Polisin apardığı yoxlamalar zamanı Zahir Uayli (23), Ceyson Riz (19) və Azir Harris (24) adlı gənclərin öldüyü müəyyən edilib.

Xəstəxanaya çatdırılan 12 yaralıdan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Mövsüm,

AzNews.az