Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9 %-dən çox artıb

9 İyul 2025 10:13 (UTC+04:00)

Bu ilin I yarısında Azərbaycanda vergi daxilolmalarının 6 milyard 4216 milyon manatı və yaxud 73,8 %-i qeyri-neft-qaz sektorunun payına düşüb.

AzNews.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 % çox, proqnozdan isə 3,6 % çoxdur.

Xatırladaq ki, yanvar-iyun aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 8 milyard 703,7 milyon manat təşkil edib. Bu, 1 il əvvələ nisbətən 5,1%, proqnozdan isə 5,7 % çoxdur.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, 6 ay ərzində həmin məbləğin 56,1 %-i təmin olunub.

AzNews.az