Keçmiş PKK terror qruplaşmasının həbsdə olan lideri Abdullah Öcalan videomüraciət edib.
O, videomüraciətində bu il fevralın 27-də etdiyi çağırışa sadiq olduğunu bildirib:
"Əldə olunan hazırkı məqam çox dəyərli və tarixi məqam hesab edilməlidir".
A.Öcalan deyib ki, silahların buraxılması istiqamətində daha praktik və konkret, qətiyyətli addımlara keçmək üçün səylər davam etdirilir:
"PKK dövlət qurmaq məqsədindən və əsas müharibə strategiyasından əl çəkərək mövcudluğunu bitirib".
Qruplaşma başçısı DEM Partiyanın Türkiyə Böyük Millət Məclisindəki digər partiyalarla birlikdə tərk-silah prosesinin uğurla keçməsi üçün üzərinə düşəni edəcəyini də vurğulayıb:
"Mən silahların deyil, siyasətin və sosial sülhün gücünə inanıram. Mən sizi bu prinsipi həyata keçirməyə çağırıram".
Keçmiş PKK lideri regionda baş verən son hadisələrin atılan tarixi addımın vacibliyini və aktuallığını əyani şəkildə təsdiqlədiyini də söyləyib:
"Gəlin mənim çağırışıma, qurultay qərarlarına, eləcə də səsləndirdiyim fikir və təkliflərə uyğun olaraq qarşıdakı dövrə başlayaq, uğura söykənərək irəliləyişə nail olaq".
Report