BƏƏ şirkəti Cəbrayılda transformator istehsal edəcək

9 İyul 2025 14:36 (UTC+04:00)

tərəfindən transformator istehsalı layihəsi həyata keçiriləcək.

Bu barədə AzNews.az İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin “SENSEMI DMCC” şirkətinin Azərbaycandakı nümayəndəliyinə Agentliyin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentliyi statusu verilib.

Yeni rezident tərəfindən Sənaye Parkının 2 hektar ərazisində transformator istehsalı müəssisəsi yaradılacaq. Müasir avadanlıqlardan istifadə ediləcək müəssisədə il ərzində 3 min ədəd transformator istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 17 milyon manata yaxındır.

Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında hazırda investisiya portfeli 140 milyon manat olan 18 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.