Lənkəran sakini çayda boğuldu
5 Sentyabr 2013 11:28 (UTC+04:00)
Lənkəran sakini suda boğulub.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Lənkəran rayonu Səpnəkəran kəndində qeydə alınıb. Kənd sakini İltimaz Bayramov Lənkəran çayında çimərkən boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az