Husilər Qırmızı dənizdə yunan gəmisini batırıb

9 İyul 2025 15:37 (UTC+04:00)

Yunanıstana məxsus Eternity C yük gəmisi yəmənli husilərin hücumu nəticəsində Qırmızı dənizdə batıb.

Bu barədə Reuters agentliyi dəniz təhlükəsizliyi mənbələrinə istinadən xəbər verib

“Liberiya bayrağı altında üzən Yunanıstanın “Eternity C” yük gəmisi Yəmən yaxınlığında husilərin hücumundan sonra batıb”, - deyə məlumatda bildirilir.

Gəminin heyəti sudadır, xilasetmə işləri davam edir. İki agentlik mənbəsi bildirib ki, indiyədək ən azı beş nəfər çıxarılıb.

Mövsüm,

AzNews.az