Bu marşrut üzrə qatarlar yay qrafikinə keçəcək

9 İyul 2025 21:43 (UTC+04:00)

10 iyuldan etibarən ADY-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcək.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilir ki, həftənin iş günlərində dairəvi marşrut üzrə reyslərin sayı müvəqqəti olaraq 10 reys azaldılacaq.

"Yay qrafikinə keçidin məqsədi 2025/2026-cı il tədris ilinə hazırlıq işlərinin görülməsi, bu xətt üzrə infrastrukturun sağlamlaşdırılması, hərəkət təhlükəsizliyinin davamlı təmin edilməsi və qatarlarda müəyyən təmir işlərinin aparılmasıdır", - qurumdan qeyd edilib.

Aznews.az