Bakı metrosu I yarımildə 111 milyondan çox sərnişin daşıyıb

10 İyul 2025 13:42 (UTC+04:00)

Bu ilin I yarısında "AZCON Holding"in şirkətlərindən olan "Bakı Metropoliteni" 111 milyondan çox sərnişinə xidmət göstərib.

AzNews.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, ən çox sərnişin mayda daşınıb və onların sayı 20 milyon 672 min nəfəri keçib.

6 ay ərzində 9 milyon 822 min sərnişin daşıyan "Koroğlu" stansiyası TOP10 siyahısına liderlik edir.

AzNews.az