Avropa Parlamenti fon der Leyenə qarşı etimadsızlıq səsverməsini rədd edib

10 İyul 2025 14:40 (UTC+04:00)

Avropa Parlamenti Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenə etimadsızlıq səsverməsini rədd edib.

Nəticələrə görə, 360 nəfər əleyhinə, 175 nəfər lehinə, 18 nəfər isə bitərəf qalıb. Nəticədə səslərin sayı etimadsızlıq səsverməsindən keçmək üçün kifayət etməyib.

Mövsüm,

AzNews.az