İndoneziyanın Majapahit kəndində bir adamı piton bütövlükdə udub.
Bu barədə Antara agentliyi bildirib.
"İtkin düşmüş hesab edilən 63 yaşlı fermerin cəsədi səkkiz metrlik pitonun qarnında tapılıb", - agentliyin nəşrində deyilir.
Ölən şəxsin plantasiyadan evə dönmədikdən sonra itkin düşdüyü bildirilir. Onu daha sonra plantasiyanın yaxınlığında nəhəng ilanı görən yerli sakinlər tapıblar.
Mövsüm,
AzNews.az