Misirin daxili işlər nazirinə sui-qəsd edildi

5 Sentyabr 2013 12:52 (UTC+04:00)
Misirin daxili işlər naziri Məhəmməd İbrahim evindən çıxıb işə gedərkən sui-qəsdə məruz qalıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, naziri Qahirənin mərkəzində içərisinə bomba yerləşdirilmiş avtomobili partlatmaqla öldürmək istəyiblər. Başqa məlumatlara əsəsən partlayıcı qurğu evin ətrafında işə salınıb. M. İbrahim hadisə zamanı zərər çəkməyib. Dörd nəfərin yaralandığı bildirilir.

AzNews.az