ANAMA-nın əməkdaşının avtomobili kanala düşüb, xəsarət alanlar var

10 İyul 2025 23:59 (UTC+04:00)

Füzulidə minik avtomobili suvarma kanalına düşüb, iki nəfər xəsarət alıb.

Balaşov Famil Adil oğlunun idarə etdiyi "VAZ" 2106 markalı avtomobil yol kənarındakı suvarma kanalına düşüb.

Qəza nəticəsində sürücü F.Balaşov və avtomobildə olan sərnişin Aysel Səfərova müxtəlif dərəcəli xəsarət alıb.

Hadisə yerinə FHN-nin Füzuli rayon Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. Yaralılar Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qəza törədən F.Balaşovun ANAMA əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az