Bu ilin I yarısında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 37,7 milyard manat olub.
AzNews.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 % çoxdur.
Hesabat dövründə ümumi dəyərin 78,5 %-ni pərakəndə ticarət dövriyyəsi, 18,2 %-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,3 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 4,9 % artaraq 36,2 milyard manata bərabər olub, onun 43,8 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
6 ayda bir istehlakçı orta hesabla ayda 614,8 manat və yaxud 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 56,9 manat çox vəsait xərcləyib.
AzNews.az