Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Tyeri Burkart Rusiya Federasiyasının respublika üçün əsas təhlükə olduğunu bəyan edib.
"Bu, davamlı, yaxın və mənim fikrimcə, miqyasına görə ən əhəmiyyətli təhlükədir. İlk növbədə, Rusiya həm adi, həm də nüvə silahları baxımından real hərbi gücdür", - Burkar Parisdə keçirdiyi mətbuat konfransında deyib, onun çıxışından bir fraqment LCI telekanalının X sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) dərc edilib.
Mövsüm,
AzNews.az