Qərb Ukraynaya silah tədarükünü bərpa edib

11 İyul 2025 23:19 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski xarici hərbi yardımın çatdırılmasının bərpa olunduğunu təsdiqləyib.

Aznews.az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün teleqram kanalında bildirib.

"Bütün məlumatlara görə, çatdırılmalar bərpa edilib", - Zelenski yazıb.

Onun sözlərinə görə, gələn həftə Kiyev ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla işi davam etdirəcək.