Bakıda yol-nəqliyyat hadisəsi olub, tıxac yaranıb

13 İyul 2025 14:00 (UTC+04:00)

Bakıda yol-nəqliyyat hadisəsi avtomobillərin hərəkətində sıxlığın yaranmasına səbəb olub.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən Mərdəkan şosesi istiqamətində sıxlıq yaranıb. Polis əməkdaşları tərəfindən nəqliyyat sıxlığının aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

AzNews.az